“Motor Sich” zavodunun keçmiş rəhbərinin oğlu Avropada saxlanılıb

Dünya

02.05.2025 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Boquslayev Fransa və Monakoda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub

Ukraynanın “Motor Sich” zavodunun keçmiş rəhbəri Aleksandr Boquslayevin oğlu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tələbi ilə Avropada saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə SBU “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, atası ilə birlikdə müəssisənin nəzarət paketini qanunsuz olaraq mənimsəməkdə və sonradan onu 650 milyon dollara satmaqda şübhəli bilinən Boquslayev Fransa və Monakoda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. İndi onu əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs gözləyir.

Ukraynanın “Motor Sich” zavodunun direktoru Vyaçeslav Boquslayev 2022-ci ilin oktyabrında həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş