Lavrov: “Kiyev birbaşa və hərəkətli olan təşəbbüsləri rədd edir”
“Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair bütün təklifləri diqqətlə oxuyub, onlar üzrə məsləhətləşmələri davam etdirir. Eyni zamanda, təklif olunan planların əksər bəndlərini bölüşürük”. AYNA xəbər verir ki, bu sözləri “Lenta.ru”ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz tərəfdaşlarımızın bir çox dinc təkliflərini bölüşürük. Məsələn, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etmək, “Soyuq müharibə” təfəkküründən imtina etmək, humanitar böhranı həll etmək, atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etmək, birtərəfli sanksiyalara son qoymaq, dünya iqtisadiyyatından siyasi məqsədlər üçün istifadə etməkdən imtina etmək kimi təklifləri qəbul edirik”, - nazir vurğulayıb.
Rusiyanın baş diplomatı deyib ki, Kiyev birbaşa və hərəkətli olan təşəbbüsləri rədd edir: “Ukrayna Prezidenti Qərb kuratorlarının deeskalasiyanın istənilən formasına getmək istəmədiyini bildirib. Ukrayna nümayəndələrinin fikrincə, Çin, Braziliya və Afrika ölkələrinin təkliflərinə əsaslanan sülh danışıqları Ukrayna və Avropa üçün təhlükəli və ölümcül ola biləcək”.