Moskvada daha 15 nəfər koronavirusdan ölüb

Dünya

22.09.2020 - 05:30

Koronavirus qurbanlarının sayı artmaqda davam edir

 

Moskvada son sutka ərzində daha 15 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 084-ə çatıb.

 

Ümumilikdə Moskvada 277,4 mindən çox insan koronavirusa yoluxub, 237,9 mindən çox insan isə virusa qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş