Moskva bütün gücü ilə Baltikyanıda diplomatik missiyalarını saxlamağa çalışır

Dünya

05.05.2024 - 13:57

Mariya Zaxarova: “Rusiya Baltikyanı ölkələrə təsir etmək üçün diplomatik tədbirlərdən istifadə etməyə davam edəcək”

“Rusiya Baltikyanı ölkələrə təsir etmək üçün diplomatik tədbirlərdən istifadə etməyə davam edəcək”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva bütün gücü ilə Latviya, Litva və Estoniyada diplomatik missiyalarını saxlamağa çalışır: “Əgər onlar bağlansalar, o zaman Baltikyanı ölkələrdə yaşayan ölkəmizin vətəndaşları və yüz minlərlə soydaşımız polis vəhşiliyi ilə baş-başa qalacaq. Bu nöqtəyə gəlmək son dərəcə arzuolunmazdır. Buna baxmayaraq, biz diplomatik təzyiqlərdən istifadə etməyə davam edəcəyik”.

Onun sözlərinə görə, Rusiya ilə bütün əlaqələri pozan Baltikyanı ölkələr olub.

Müəllif: Ayna.az