Moldova İrana qarşı sanksiyalar tətbiq edib

Dünya

15.08.2023 - 01:19

cedabet dərman SEO Xidməti

Zaxarov: “Moldova Avropa İttifaqının demək olar ki, bütün sanksiyalarına qoşulur”

Moldova Rusiya ordusuna verdiyi yardıma görə İrana qarşı sanksiyalar tətbiq edib.

AYNA "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov deyib.

“Moldova Avropa İttifaqının demək olar ki, bütün sanksiyalarına qoşulur”, - Zaxarov bildirib.

Beləliklə, Moldova Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.

Aİ Moldovanın bu qərarını alqışlayıb.

Qeyd edək ki, Aİ-nin iyulun 20-də tətbiq etdiyi sanksiyalara pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalında istifadə olunan komponentlərin İrana ixracına qadağa da daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş