Mişel Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayıb

Aktual

19.12.2021 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçilərinin Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.

AYNA xəbər verir ki, Ş.Mişel bu barədə "Twitter" hesabında paylaşım edib: “Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının saxlanılan 10 ermənini azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu, Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir".

“Avropa İttifaqı tərəfi saxlanılanların İrəvana transferini həyata keçirib” - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş