“Ermənistan-Azərbaycan formatı yoxdur, yalnız xarici işlər nazirləri arasında söhbət olub”
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz ötən il ərzində müzakirə olunanları və Brüsseldə keçirilən görüşün nəticələrini müzakirə etdik", - Mirzoyan söyləyib.
XİN başçısı qeyd edib ki, Ermənistan məsələnin həllini ATƏT-in Minsk Qrupu formatında nəzərdən keçirir: "Lakin həmsədr ölkələr arasında ziddiyyətlər var. Əlverişsiz vəziyyət müzakirələrə imkan vermir. Amma Ermənistan tərəfi boşluğa yol verə bilməz".
“Ermənistan-Azərbaycan formatı yoxdur, yalnız xarici işlər nazirləri arasında söhbət olub”, - deyə Mirzoyan əlavə edib.