Mirzoyan: “İranın TRIPP layihəsi ilə bağlı narahatlığı aradan qalxıb”

Dünya

16.10.2026 - 15:31

“Xarici qüvvələrin sadəcə mövcudluğu regionda sabitliyi poza bilər”

“Tehrana son səfərim zamanı TRIPP layihəsi və ABŞ-ın iştirakı ilə bağlı İranın narahatlıqları aradan qaldırılıb”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib.

"Mənim bildiyimə görə, İran tərəfi bu prosesin necə inkişaf etməsindən məmnundur, baxmayaraq ki, hələ də başqa sualları var. Məsələn, İran tərəfi TRIPP boyunca Amerika hərbi qüvvələrinin olub-olmayacağını soruşur. Olmayacaq. Sənədlər bunu təsdiqləyir və reallıq bunu təsdiqləyir", - Mirzoyan brifinqdə qeyd edib.

Lakin nazirin sözlərinə görə, “xarici qüvvələrin sadəcə mövcudluğu regionda sabitliyi poza bilər”.

"Öz adımdan deyə bilərəm: hamımız İranın niyə üçüncü tərəflərdən danışdığını bilirik. Nə demək istədiyimi və İranın nə demək istədiyini başa düşürsünüz. Ümumiyyətlə, düşünürəm ki, bu, dərsliklərdən artıq məlum olan bir həqiqətdir: digər iki tərəf arasında münasibətlərin mövcud olduğu ərazidə üçüncü tərəfin silahlı qüvvələrinin olması bu iki tərəfin həyatını yalnız çətinləşdirəcək", - deyə Mirzoyan vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş