Mingəçevirdə meyit aşkarlanıb

Xəbərlər

02.03.2024 - 23:27

Şəxsin ölüm səbəbi hələ məlum deyil

Mingəçevir şəhərində mənzillərin birindən 67 yaşlı kişinin meyti aşkarlanıb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1957-ci il təvəllüdlü A.Rəhimovun meyiti mənzilin vanna otağında aşkarlanıb.

Onun ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az