Çexiya Prezidenti: "Bütün bunlara səbəb olan Vladimir Putin hərbi cinayətkardır"
"Ukraynada qırğın var”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çexiya Prezidenti Miloş Zeman deyib.
Çex lider qeyd edib ki, ölkələrini müdafiə edən mülki şəxslər öldürülür.
“Bu, soyqırımına bərabərdir. Bütün bunlara səbəb olan Vladimir Putin hərbi cinayətkardır. Putin sülhə qarşı cinayətlər törədib", - deyə Zeman söyləyib.