Milli Məclisin sabahkı iclasında 14 məsələ müzakirə olunacaq

Xəbərlər

14.04.2022 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Parlamentin iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib. Bu barədə AYNA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi daxil edilib.

Beləliklə iclasın gündəliyində olan məsələlərin sayı 14-ə çatıb.

Qeyd edək ki, iclasın gündəliyinə əvvəlcə 13 məsələ daxil edilmişdi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş