Milli Məclisin komitə sədri Kamran Əliyevin fəaliyyətini tərifləyib

Xəbərlər

01.05.2025 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Əli Hüseynli: “Kamran Əliyevin səlahiyyəti müddətində islahatlar həyata keçirilib”

“Kamran Əliyevin Baş prokurorluğu dövründə düzgün kadr siyasəti yürüdülüb. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc peşəkarlardır”. AYNA.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsdinin sədri Əli Hüseynli bildirib.

“Kamran Əliyevin səlahiyyəti müddətində islahatlar həyata keçirilib. Beynəlxalq əlaqələrin dərinləşdirilməsinə nail olunub. Düzgün kadr siyasəti həyata keçirilib. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc, amma professional kadrlardır. Bu dövrdə prokurorluqla digər güc strukturları arasında güclü əlaqə mövcud olub. Bu isə ümumi işə böyük töhfə verib. Bir sıra hallarda xarici dairələrdə Baş prokurorluğun separatçılığa qətiyyətli mövqeyini şübhə altına almağa çalışırlar. Media və ictimaiyyətin isə buna qarşı fikri mövcuddur. İstintaq prosesində əldə olunmuş təkzibolunmaz faktlar seperatçıların öz əməlləri ilə bağlı etirafına səbəb olub. Kamran müəllim prokurorluq işçisi kimi dövlətçilik və milli maraqlara sadiq olub. Qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə prokurorluğun fəaliyyəti təşkil edilib. Xankəndidə möhtəşəm prokurorluq binası açılıb. Milli Məclislə Baş prokurorluğun əməkdaşlığı da yüksək səviyyədə olub", - Ə.Hüseynli deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş