Milli Məclisin iki deputatı İrəvana gedir

Xəbərlər

21.02.2022 - 11:11

Həkimlər Klinikalar SEO Xidməti

Tədbirdə Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər

Azərbaycandan AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana gedəcək deputatların adları açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, tədbirlərdə deputatlar, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Qeyd edək ki, səfər fevralın 22-də baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş