Məzahir Süleymanzadə vəfat edib

Xəbərlər

11.05.2022 - 10:46

cedabet dərman SEO Xidməti

70 yaşlı journalist dünyasını dəyişib

Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi Məzahir Süleymanzadə 70 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları social şəbəkələrdə məlumat yayıblar.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “İdman” qəzetinin xüsusi müxbiri, “Kommunist” qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.

Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - “Səhər”in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş