Mətbuat Şurasına yeni sədr seçilib

Xəbərlər

24.09.2022 - 15:55

cedabet dərman SEO Xidməti

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib. AYNA xəbər verir ki, bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.

Qurultayda həmçinin, MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

 

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş