Ulduz futbolçu hesab edir ki, “Futuro Vegetal” təşkilatının üzvləri ona dəyən ziyanı ödəməlidirlər
Argentinalı ulduz futbolçu Lionel Messi İbizadakı villasına boya tökdükləri üçün ətraf mühit fəallarından 50 min avro tələb edir.
AYNA xəbər verir ki, “Futuro Vegetal” təşkilatının fəalları Messinin villasının üzərinə boya yaxıblar.
Messi hesab edir ki, indi təşkilatın üzvləri ona dəyən ziyanı ödəməlidirlər.
Fəallar villanın qanunsuz tikili olduğunu iddia edirlər.
Villa Messi tərəfindən 2022-ci ildə 11 milyon avroya alınıb.
Villanın keçmiş sahibi qarajın bir hissəsini yaşayış sahəsinə çevirmək üçün razılaşdırılmamış iş aparmaqda şübhəli bilinir ki, bu da relyefin dəyişməsinə səbəb olub.