Meşələrdə ağacları qanunuz kəsən şəxs saxlanılıb

Xəbərlər

02.12.2021 - 08:53

Ağacların bir hissəsi doğranmış vəziyyətdə avtomobilin yük yerində aşkarlanıb

Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov müəyyən edilərək saxlanılıb.

Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Meşələrdə ağacları qanunuz kəsən şəxs saxlanılıb
Müəllif: Ayna.az