“Mərkəzi Bankın açıqlamasında diqqət çəkən iki məqam var” – <font color=red> Deputat</font>

İqtisadiyyat

30.07.2020 - 17:41

Vüqar Bayramov: “Biz də vətəndaşların xeyirinə qərarın qəbul ediləcəyinə ümid edirik”

 

“Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlərlə bağlı məsələyə baxıb. Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bu günki bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitv, yəni vətəndaşların xeyirinə qərar gözləyirlər. Təbii ki, biz də vətəndaşların xeyirinə qərarın qəbul ediləcəyinə ümid edirik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi ki, məbləğ kifayət qədər böyükdür”.

 

AYNA xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, Mərkəzi Bankın bu gün verdiyi açıqlamasında diqqəti çəkən iki mühim məqam var: “Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank da bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən bankların olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bu gün verdiyi açıqlama əmanətçilərin hüquqlarının qorunması baxımdan təqdirəlayiqdir”.

 

Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdi.

Müəllif: Ayna.az