Bankların bugünkü hərracda dollar tələbi 90 milyon dolları ötüb
Sentyabrın 10-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, hərracda tələb 90,74 milyon dollar təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.