Mərkəzi Bank hərrac keçirib

İqtisadiyyat

12.10.2023 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Tələb 41 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib

12 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, hərracda tələb 41 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Xatırladaq ki, bu göstərici ötən hərracdan 13.5% azdır. Belə ki, 10 oktyabrda keçirilən valyuta hərracında banklar 47.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş