Mərkəzi Bank banklardan vətəndaşların “qisasını” alır

İqtisadiyyat

06.05.2020 - 21:51

Ölkədə daha 10 maliyyə qurumunun bağlanma ehtimalı var

 

“Bank sektorundakı ciddi problemlər çoxdan bəllidir. Sirr deyil ki, bu gün bir çox kredit və maliyyə qurumları çətinliklərlə üzləşir və buna görə də belə banklarla bağlı lazımi tədbirlərin görüləcəyinə şübhə yox idi”.

 

Bunu AYNA-ya, son günlər bəzi bankların bağlanması, bəzilərinin bağlanma ehtimalının olmasını şərh edən sabiq Maliyyə naziri, professor Fikrət Yusifov deyib. Banklara qarşı sərt tədbirlərin niyə indi – karantin zamanı görüldüyü cəmiyyəti düşündürür. Məsul qurumlar daha əvvək bu addımı ata bilməzdi? Bunu cavablandıran həmsöhbətimizin bildirib ki, tədbirlərin gecikməsinə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nöqsanlı işi səbəb olub.

 

“Gecikməyə bank sektorundakı problemlərin həlli üçün yaradılan, lakin əslində bu sahədə islahatlara mane olan Palatanın zəif nəzarəti səbəb oldu. Eyni zamanda, kredit və maliyyə sahəsindəki müsbət dəyişikliklər yalnız bu qurum ləğv olunduqdan sonra açıqlandı. Mərkəzi Bank dörd bankın lisenziyasını ləğvi etdi. Lakin prosesi yeni başlayıb və ən azı 10 maliyyə təşkilatını oxşar tale gözləyir”, - professor vurğulayıb.

 

Keçmiş nazirin sözlərinə görə, MBNP-nin əvvəlki rəhbərliyi elmi cəhətdən əsaslandırılmış ekspert məsləhətlərini dinləməyib: “Nəticədə düşünülməmiş, peşəkar olmayan və qeyri-adekvat bir siyasət həyata keçirildi. Bu qurum mətbuatda tərifləndiyi bir vaxtda iqtisadçılar bank sektorunda real islahatlara başlamaq üçün “dişsiz” qurumun ləğvinə nail olmağa çalışdılar. Gecikməyimizə baxmayaraq biz bu günə gəldik və bu gün əsas vəzifə iqtisadiyyatın real dayağına çevriləcək bir bank sektoru yaratmaqdır”.

 

“Banklar bütün səviyyələrdə dövlət dəstəyini alqışlayaraq, real sektora kredit verməkdən çəkinir. Buna həm də yerli maliyyə qurumlarından verilən kreditlər üzrə yüksək faiz dərəcələri səbəb olur, çünki bahalı kreditlər və biznes layihəsinin gəlirliliyi buna uyğun gəlmir. Bir istehsal müəssisəsinin orta gəlirliliyi 10-12% olarsa, heç bir iş adamı biznes layihəsi üçün 15-20% nisbətində bank krediti almaq istəməz. Belə bir borc götürənlər əvvəlcədən bilirlər ki, qaytara bilməyəcəklər. Bu, problemli kreditlərin yaranmasının əsas səbəblərindən biridir”, - F.Yusifov əlavə edib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov da AYNA-ya şərhində oxşaf fikirlər səsləndirib. Alimin sözlərinə görə, yerli kommersiya bankları artıq mənfəətdən istifadə edərək bazarda fəaliyyət göstərir: “İş orasındadır ki, bank marjası əsassız olaraq yüksəkdir. Bu halla müvafiq dövlət orqanları tərəfindən mübarizə aparılmalıdır”.

 

“Həqiqətən, maliyyə qurumları illik 10-11% səviyyəsində vəsait yığdıqda və kreditlər verərkən aktivləri 20-25% səviyyəsində yerləşdirdikdə, bank marjası 10-15% təşkil edir. Dünyanın aparıcı ölkələrinin heç birində bank sektorunda belə həddindən artıq qazanc yoxdur. Kommersiya banklarının mənfəəti maksimum 1,5 faiz ətrafında dəyişməlidir”, - E.Məmmədov söyləyib.

Müəllif: Tanya Samsonova