Merkel ilk dəfə özünü feminist adlandırıb

Dünya

10.09.2021 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

Merkel: "Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm"

Almaniya kansleri Angela Merkel feminist olduğunu etiraf edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Merkel 2017-ci ildə “İyirmiliy”in sammitində özünü belə bir statusla bəzəmək fikrində olduğunu bildirməsə də, illər keçdikcə fikrini dəyişib.

“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. Onda (2017-ci il sammiti) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm: hamı feminist olmalıdır”, - deyə Merkel bildirib.

Onun sözlərinə görə, söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedərsə, o özünü əminliklə feminist adlandıra bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş