“Məqsədimiz Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməkdir”

Dünya

20.03.2022 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

Kalın: "Hər 2 tərəflə kanallarımızı açıq saxlayırıq"

Ankara Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyi özünün əsas vəzifəsi hesab edir.

AYNA-nın xəbərinə görə, bunu Əl-Cəzirə kanalına müsahibəsində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Biz hər 2 tərəflə kanallarımızı açıq saxlayırıq. Bu çox vacib haldır. Bütün cəhdlərimiz Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə yönəlib. Tərəflər texniki səviyyədə Belarusda görüşüblər. Nazirlər səviyyəsində isə ilk görüş Antalyada baş tutub”, – deyə Kalın vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş