Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar
Şahnatçımız Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarest şəhərində "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
AYNA xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib.
Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.