Məktəblər virusa görə bağlanacaq? - RƏSMİ CAVAB

Aktual

04.02.2022 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi “Omicron”a görə məktəblərin bağlanması xəbərinə aydınlıq gətirib

Təhsil Nazirliyi koronavirusun yeni ştammı “Omicron”nun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması barədə yayılan məsələlərə münasibət bildirib.

AYNA-nın xəbərinə görə, bu barədə nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev açıqlama verib. 

Nazirlik rəsmisi bildirib ki, fevralın 2-nə olan məlumata görə, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib: “Hazırda 299 sinifdə tədris onlayn formada davam etdirir. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Amma sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır”.

“Təhsil müəssisələrinin bağlanmasına səbəb olacaq problem yoxdur”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş