Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Xəbərlər

02.07.2024 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Proses elektron sistemi üzərindən həyata keçiriləcək

İyulun 11-də saat 11:00-dan 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Bağırov bildirib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Eşqi Bağırov qeyd edib ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Müəllif: Ayna.az