Bu, Tixuanada bir həftə ərzində ikinci jurnalist qətlidir
Meksikanın jurnalist qətlə yetirilib. AYNA xarici mediaya istinadən bildirir ki, jurnalist Lordes Mandonado Tixuana şəhərində şəxsi avtomobilində güllələnib.
Hadisənin kim tərəfindən törədildiyi dəqiqləşdirilməyib. Qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar.
Qeyd edək ki, Lordes Mandonadonun qətli Tixuana şəhərində bir həftə ərzində 2-ci jurnalist qətlidir. Heç bir həftə deyil ki, 49 yaşlı meksikalı jurnalist Marqarito Martinezin Tixuanadakı evinin qarşısında başından vurularaq öldürülüb.
Xatırladaq ki, 2000-ci ildən 2021-ci ilə qədər “Article 19” insan haqları qrupu tərəfindən Meksikada 145 jurnalistin qətli qeydə alınıb.