Meksikada güclü zəlzələ olub

Dünya

12.01.2025 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb

Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub. AYNA  xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii hadisənin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Müəllif: Ayna.az