Sement daşıyan yük maşını əvvəlcə avtobusa, sonra isə mikroavtobusa çırpılıb
Meksikanın Oaxaka və Puebla ştatları arasında avtomobil yolunda baş verən böyük qəza nəticəsində 21 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə mayın 15-də “Reuters” agentliyi məlumat yayıb.
Puebla daxili işlər naziri Samuel Aguilar sosial mediada üç avtomobilin toqquşduğunu və qeyri-müəyyən sayda insanın tibbi yardıma ehtiyacı olduğunu yazıb.
Medianın məlumatına görə, qəza sement daşıyan yük maşınının digər avtomobili ötməyə cəhd edərək qarşıdan gələn zolağa çıxması və əvvəlcə avtobusa, sonra isə mikroavtobusa çırpılması nəticəsində baş verib.