ADR Partiyası sədrinin apellyasiya şikayəti təmin edilməyib
Beş gün əvvəl həbs olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib. AYNA xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində qəbul edilib.
Qeyd edək ki, ADR Partiyasının sədri iyulun 23-də saxlanılıb. Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.