“Qərb ölkələri yarım əsr əvvəl olduğu kimi öz iradəsini bəşəriyyətə diktə edə bilməyəcək”
“Dünya müharibəsi və ya Ukraynanın NATO-ya daxil olmasındansa, Polşa ilə digər ölkələr arasında “sakit bölünməsi” daha yaxşıdır”.
AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
Onun sözlərinə görə, bu gün Qərb ölkələri yarım əsr əvvəl olduğu kimi öz iradəsini bəşəriyyətə diktə edə bilməyəcək.
Siyasətçi Qərbin iqtisadi inkişaf modelinin tənəzzülünü də proqnozlaşdırıb.