"Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır"
"Ukraynanın təslim olması sülhə gətirib çıxaracaq. Mən buna əminəm. Lakin ABŞ sülhü istəmir". AYNA bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Telegram" kaanalında yazıb.
"Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır ki, bu, bəlkə də sülhə yol açacaq", deyə siyasətçi bildirib.
Bununla belə, Medvedyev vurğulayıb ki, "Vaşinqton bölünməz gücə can atan və onun naminə ukraynalılara aman verməyən sülhü bərqərar etmək istəmir".