Medvedev: "İndiki sanksiyalar 2014-cü ildəkindən daha sərtdir"

Dünya

03.06.2022 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

"Biz bu məhdudiyyətlərə müqavimət göstərə biləcəyimizə şübhə etmirik"

Medvedev Rusiyanın sanksiyaların öhdəsindən gələcəyinə əmin olduğunu bildirib

"Rusiya tətbiq olunan sanksiyaların öhdəsindən gələ biləcək". AYNA xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ölkəsi şübhəsiz ki, Qərbin sanksiyalarına müqavimət göstərə və onları dəf edə biləcək: "Bəli, indiki sanksiyalar 2014-cü ildəkindən daha da sərtdir. Lakin biz bu məhdudiyyətlərə müqavimət göstərə biləcəyimizə şübhə etmirik".

Medvedev qeyd edib ki, Rusiya böyük və zəngin ölkədir: "Şübhəsiz ki, istənilən sanksiyaların öhdəsindən gələcəyik”.

Britaniyanın “The Guardian” qəzetinin redaktor-iqtisadçısı Larri Elliot məqaləsində bir qədər əvvəl Rusiyanın Qərbə qarşı iqtisadi müharibədə qalib gəldiyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş