MEDİA-nın nümayəndə heyəti Mərkəzi Asiya Media Forumunda iştirak edir

Xəbərlər

16.04.2025 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Əhməd İsmayılov “Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edib

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumunda iştirak edir. AYNA.AZ xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.

“Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır.

İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, 16-17 aprel tarixlərini əhatə edən II Mərkəzi Asiya Media Forumu çərçivəsində Mərkəzi Asiya dövlətlərinin media sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu kimi məsələlər müzakirə olunacaq.

MEDİA-nın nümayəndə heyəti Mərkəzi Asiya Media Forumunda iştirak edir MEDİA-nın nümayəndə heyəti Mərkəzi Asiya Media Forumunda iştirak edir
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş