Məcburuq, cəriməsi var, lakin: Açıq qalan sualların cavabı yoxdur

Cəmiyyət

26.11.2020 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

Əmlakın icbari sığortası ilə bağlı məsələlər tam şəkildə həllini tapmayıb, mexanizmlər mövcud deyil

 

Daşınmaz əmlakın icbari sığortasını həyata keçirməyən vətəndaşlar və sahibkarlar bir sıra məhdudiyyətlərlə rastlaşa bilərlər. Məlumdur ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, bu sığorta növü məcburi xarakter daşıyır. Qanunvericiliyə görə, sığorta müqaviləsinin bağlanmaması ilə bağlı cərimə nəzərdə tutulsa da, faktiki olaraq icra mexanizmi təsdiqlənməyib.

 

Azərbaycan Sığortaçılar Asossasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevin AYNA-ya dediyinə görə, daşınmaz əmlakını sığortalatmayan vətəndaş və sahibkarlar alqı-satqı və girov əməliyyatlarını icra edə bilməyəcəklər: “Belə risklərlə rastlaşıb-rastlaşmamaları özlərinə bağlıdır. Bundan əlavə olaraq onu da qeyd emək istəyirəm ki, onların rastlaşacağı bəzi məhdudiyyətlər də mövcuddur. Onlardan birini misal olaraq eyd edə bilərəm: Alqı-satqı, girov prosesində bəzi məhdudiyyətlərlə rastlaşa bilərlər”.

ASA-ya icraçı direktor təyin olundu » Mediatv.az informasiya portalı

Mirsalayev bildirib ki, ötən 9 ay müddətində daşınmaz əmlakını sığorta etdirənlər hadisə zamanı dəyən ziyanı tam şəkildə alıblar: “Bakı şəhərində yerləşən əmlakların sığorta haqqı 50 manat, təminatı isə 25 min manatdır. Gəncə, Sumqayıt şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən əmlakların sığorta tarifi 40 manat, təminatı isə 20 min manatdır. Respublikanın digər əraziləri üçünsə bu məbləğ müvafiq olaraq 30 və 15 min manat təşkil edir”.

 

Müsahibimiz qeyd edib ki, sığorta bazarı üzrə sığorta şirkətləri tərəfindən əhaliyə 3,4 milyon manat sığorta təminatları ödənilib: “Bu, sırf 9 ay üçün olan rəqəmdir. 25 min manatlıq ödənişlər olub və rayonlarımızda da ən maksimal 15 min manat alanlar olub, onlar müraciət edib və alıblar”.

 

Qeyd edək ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər 30, vəzifəli şəxslər 80, hüquqi şəxslər üçün 200 manat məbləğində cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa, əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Mexanizm təsdiqləndikdən sonra cərimlərin tətbiq edilmə proseduru da həyata keçiriləcək.

 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə AYNA-ya deyib ki, bu məsələ hüquqi baxımdan tam olaraq həll olunmuş sayılmır: “Düzdür, icbari sığorta fəaliyyəti haqqında qanunun tətbiqi ilə bağlı cənab Prezidentin fərmanı oldu. Bu fərman 2020-ci ili əhatə edirdi. Amma orda müəyyən qanunvercilikdən irəli gələn məsələlərin həlli və qanunverciciliyin tətbiqi ilə bağlı məsələlər tam şəkildə həllini tapmadığına, mexanizmlər mövcud olmadığına görə, prosesin hansı formada həll olunacağı və ya tətbiq olunacağı uzun müddət müzakirə mövzusu oldu. Və bu mənada hesab edirəm ki, qanunvericiliyin tətbiqi ilə bağlı ictimaiyyət tam məlumatlandırıldıqdan sonra icbari sıorta haqqında qanunvericiliyə görə, cərimə sanksiyalarının tətbiqi məsələsi aktuallaşa bilər”.

Ramil Osmanlı sədr seçildi

Ekspert hesab edir ki, indiki halda hələ ictimaiyyət bu məsələ ilə bağlı tam məlumatlandırılmayıb: “Müəyyən mənada hələlik qanunvericiliyin tətbiqi istiqamətində bəzi açıq qalan suallar var. Mexanizmin özünün tam şəkildə icrası ilə bağlı texniki məsələlərin tam şəkildə həll olunmaması məsələsi var. Konkret desək, elektron informasiyaların inteqrasiyası məsələsində açıq qalan suallar var. Zənnimcə, bu proseslər tam şəkildə həyata keçirildikdən sonra əhali hərtərəfli məlumatlandırıla bilər və yalnız ondan sonra cərimə sanksiyalarının tətbiqi məsələsi aktuallaşa bilər”.

 

R.Osmanlı icbari sığortanın tətbiqini vacib sayır: “Düzdür, məsələ ilə bağlı müzakirələrdə uzun müddət öz fikirlərimi bildirmişəm. Və mənim fikrim bundan ibarətdir ki, burada texniki məsələlər tam şəkildə həll olunmalıdır. Burada müəyyən çatışmayan məqamlar da var. Düşünürəm ki, proses davam etdikcə, məsələ öz həllini tapacaq”.

Müəllif: Ülviyyə Şahin

Pin up casino Pin-up casino giriş