Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb - FOTO

Xəbərlər

19.06.2025 - 18:22

cedabet dərman SEO Xidməti

Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq, Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə AYNA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.

İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş