Mask Ağ Evin yaxınlığındakı binaya köçür

Dünya

05.02.2025 - 09:04

Həkimlər Klinikalar SEO Xidməti

Milyarder Personal İdarəetmə İdarəsinin qərargahında özü və tabeliyində olan yaxın şəxslər üçün çarpayılar quraşdırıb

ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Ağ Evin yaxınlığındakı Personal İdarəetmə İdarəsinin qərargahında özü və tabeliyində olan yaxın şəxslər üçün çarpayılar quraşdırıb. AYNA xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, çarpayılar Vaşinqtonda Ağ Evdən bir neçə blok aralıda yerləşən binada quraşdırılıb - Mask bunu həftə sonları da daxil olmaqla gecənin gec saatlarına qədər çox işləmək zərurəti ilə əsaslandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş