Maşından 4 min manatlıq saat oğurlanıb

Xəbərlər

22.02.2024 - 16:05

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Bakıda maşından 4 min manatlıq saat oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Xətai rayonu ərazisində BMW markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az