Masallıda istirahət mərkəzində yanğın olub

Hadisə

17.05.2022 - 14:43

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd edilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az