Masallıda ev yanıb

Hadisə

18.01.2024 - 16:48

Fövqəladə Hallar Nazirliyi Masallıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Masallı şəhərində evdə yanğın olub. AYNA FHN-ə istinadən xəbər verir ki, Masallı şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az