Mariupolda iki mindən çox dinc sakin həlak olub

Dünya

13.03.2022 - 23:18

Həkimlər Klinikalar SEO Xidməti

“400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir”

Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və nəticədə 2187 Mariupol sakini həlak olub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Mariupol Şəhər Şurasından məlumat verilib.

Qeyd edilib ki, indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir.

“Ona görə də, NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş