Maqnit qasırğası tam zəifləyərək minimal G1 səviyyəsinə düşüb
Yer kürəsində 66 saat fasiləsiz davam edən maqnit qasırğası başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Qeyd olunub ki, bu, 2017-ci ildən sonra rekord hesab edilir. Həmin ildə qeydə alınmış qasırğa 69 saat fasiləsiz davam etmişdi.
Vurğulanıb ki, hazırda maqnit qasırğası tam zəifləyərək minimal G1 səviyyəsinə düşüb.