MAQATE rəhbəri İranın nüvə obyektlərinə baş çəkib

Dünya

16.11.2024 - 00:57

Həkimlər Klinikalar SEO Xidməti

Qrossinin səfəri ilə bağlı heç bir təfərrüat verilməyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın Fordo və Natanzdakı uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib. AYNA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında Qrossinin səfəri ilə bağlı heç bir təfərrüat verilməyib.

Qeyd edək ki, Qrossi cümə axşamı İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və AEOI sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb.

İran tərəfi nüvə proqramı ilə bağlı qalan bütün mübahisələri həll etməyə hazır olduğunu bildirib. İran Prezidenti həmçinin Tehranın nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadəsinə sadiqliyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş