MAQATE-nin missiyası Ukraynanın nəzarətindəki ərazidə saxlanılıb

Dünya

01.09.2022 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Qrossi stansiyaya çatmaq üçün Ukrayna hərbçiləri ilə danışıqlar aparıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasına gedən missiyası Ukraynanın nəzarətində olan ərazidə yubanıb. AYNA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“MAQATE-nin AES-ə səfər edən missiyası cəbhə xəttinin Ukraynanın nəzarətində olan tərəfində üç saat yubanıb”, - deyə məlumatda bildirilib. 

Missiya nümayəndəsinin sözlərinə görə, MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyaya çatmaq üçün Ukrayna hərbçiləri ilə danışıqlar aparıb. Bütün çətinliklərə baxmayaraq, nümayəndə heyəti sentyabrın 2-də AES-də olmaq niyyətindədir.

Enerqodar şəhər administrasiyasının rəhbəri Aleksandr Volqa daha əvvəl bildirib ki, MAQATE nümayəndə heyəti Rusiyanın nəzarətində olan Zaporojye vilayətindəki Vasilyevka keçid məntəqəsindən keçib.

MAQATE missiyasının Zaporojye AES-ə səfərinin məqsədi nüvə qəzasının qarşısını almaqdır. Yoxlama sırf texniki xarakter daşıyacaq və avqustun 31-dən sentyabrın 3-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş