İngiltərə Premyer Liqasının növbəti turu başlayıb
Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.
AYNA xəbər verir ki, turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Vest Ham Yunayted" komandasının qonağı olub.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan "Vest Ham Yunayted" 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Liverpul" isə 86 xalla ikinci yerdədir.
Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Tottenhem" - "Börnli" - 1:0;
"Aston Villa" - "Kristal Palas" - 1:1;
"Lids Yunayted" - "Brayton" - 0:1;
"Vatford" - "Lester Siti" - 1:5;
"Volverhemton" - "Norviç Siti" - 1:1.