Fransa Prezidenti Avropanın ABŞ-ın asılılığından qurtarmaq üçün səyləri artırmağa çağırıb
Fransa Prezidenti Emmanuel Makron Avropanı Donald Trampın hakimiyyətə gəlməsi ilə qitənin ABŞ-dan iqtisadi, texnoloji və hərbi baxımdan müstəqilliyini təmin etmək üçün səylərini gücləndirməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
“Avropa üçün bunu sürətləndirmək və hərəkətə keçmək vaxtıdır”, - Makron vurğulayıb.
Makron xəbərdarlıq edib ki, “Avropa öz gələcəyini təmin etmək üçün iqtisadi, texnoloji və hərbi cəhətdən inkişaf etməli, o cümlədən Ukraynaya dəstək verməlidir”.
Makron Avropanın təhlükəsizlik baxımından ABŞ-dan, enerji baxımından isə Rusiyadan asılılığını “zəif nöqtələr” saydığını deyib. Onun sözlərinə görə, müdafiə də prioritet olmalıdır və Avropa Amerika silahlarına güvənməkdənsə, sənaye bazasını inkişaf etdirməlidir.