Makron Zelenski ilə telefonla danışıb

Dünya

07.03.2022 - 02:46

Həkimlər Klinikalar SEO Xidməti

Fransa Prezidenti ilə Ukrayna lideri arasında telefon danışığı olub

Fransa Prezidenti Emmanuel Makronla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. AYNA bildirir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd olunur ki, Fransa Prezidenti ukraynalı həmkarına Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin məzmunu haqqında məlumat verib. Danışıq zamanı və Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinə toxunulub.

Məlumatda qeyd olunur ki, dövlət başçıları Ukraynadakı humanitar vəziyyəti də müzakirə ediblər.

Qeyd edək ki, Fransa lideri bazar günü Putinlə telefon danışığı zamanı Ukraynaya humanitar yardımın çatdırılmasına zəmanət verilməsinin zəruriliyindən danışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş