“Bunlar bizim mövqelərimizi bir-birinə yaxınlaşdırmağa imkan verən konstruktiv danışıqlar idi”
Fransa Prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aprelin 17-də baş tutan görüş məhsuldar olub. AYNA.AZ xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.
“Bunlar bizim mövqelərimizi bir-birinə yaxınlaşdırmağa imkan verən konstruktiv danışıqlar idi”, - Agentlik iddia edib.
Yelisey sarayının məlumatına görə, Parisdə avropalıların iştirakı ilə danışıqlar prosesinə başlanılıb.
Qeyd edək ki, aprelin 17-də Prezident Makron Yelisey sarayında Rubio və Witkoff ilə görüşüb. Onlar Ukraynadakı münaqişənin həlli və bir sıra digər məsələləri müzakirə ediblər.