Fransa Prezidenti aksiyaları “əsassız iğtişaşlar” adlandırıb
Fransa Prezidenti Emmanuel Makron 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra ölkə şəhərlərində keçirilən etiraz aksiyalarını “əsassız iğtişaşlar” adlandırıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa rəhbəri yüksək səviyyəli nazirlərlə görüşü zamanı çıxış edib və aksiyaları pislədiyini deyib.
Bundan əvvəl Makron polis əməkdaşının yeniyetməni güllələməsini “bağışlanmaz” adlandırmışdı.
Qeyd edək ki, iyunun 27-də polis 17 yaşlı yeniyetmədən maşını saxlamağı tələb edib və o, buna əməl etməyəndə atəş açıb. Polis nəzarətə götürülüb.