Əlavə yerləşdirmədən qəbul olanlar üçün qeydiyyat prosesi başa çatıb
Bu ildə magistratura təhsil səviyyəsinə əlavə yerləşdirmə üzrə ümumilikdə daxil olan 577 müraciətdən 553 nəfəri təhsil müəssisəsi tərəfindən təsdiq edilib. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 30 avqust saat 23:59-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmədən qəbul olanlar üçün qeydiyyat prosesi başa çatıb. Müraciətçilər elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət göndəriblər.
Qeyd edək ki, müraciətlərin elektron formada təşkil edilməsi qəbul prosesini daha çevik və vətəndaşlar üçün rahat təşkilinə şərait yaradır.